Ağır sənayenin inkişafına 3 milyarda yaxın pul lazımdır
Bildirilib ki, 2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu təsirin əldə olunması üçün dövlət-özəl resursları hesabına 2,9 milyard manat investisiya qoyuluşu tələb edilir.
Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatında mühüm yer tutan ağır sənaye və maşınqayırma sektoru, 2015-ci ilin məlumatlarına əsasən, 1 milyard 160 milyon manatlıq istehsal həcminə malik 258-dən çox təsərrüfat subyektindən ibarətdir və burada 21,1 min işçi çalışır: “Səmərəli iş təcrübələrinin və bacarıqların tətbiqi sahəsində 2025-ci ilədək planlaşdırılan hədəflərə nail olmaqla, ölkədə ortamüddətli perspektivdə təlim mərkəzlərinin və peşə təhsili müəssisələrinin sənaye müəssisələri ilə əlaqələndirilmiş fəaliyyəti təmin ediləcəkdir.
İdxaldan asılılıq ciddi şəkildə azaldılacaq, dəyər zəncirinin aşağı və orta dəyər gətirən hissələrində tələbat yerli məhsullar hesabına ödəniləcəkdir. Eyni zamanda, 2025-ci ilə qədər dəyər zəncirinin daha yüksək gəlir gətirən hissələrində bəzi seçilmiş mallara tələbatın yerli məhsullar hesabına tam ödənilməsi məqsəd kimi müəyyən edilmişdir. Bu məqsədlə, yüksək dəyər məhsullarının fokus qrupları müəyyənləşdiriləcək və müvafiq istiqamətdə yerli istehsal gücləri yaradılacaqdır”.
AzVision.az
Teqlər: