Medvedev də Əliyevə zəng etdi

Medvedev də Əliyevə zəng etdi
  24 Dekabr 2016    Oxunub:1475
Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir. Dmitri Medvedev prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Azərbaycan prezidenti və Rusiyanın baş naziri iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Bundan başqa Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill, Rusiya Notariuslar Assosiasiyasının sədri professor Natiq Ağamirov, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov da prezidentə təbrik məktubu göndərib.

AzVision.az


Teqlər:





Xəbər lenti