Azərbaycanda elit yaşayış kompleksləri tikiləcək
"Beynəlxalq təcrübə göstərir ki, uyğun qiymətə mənzil layihələrinin icrasının ilkin mərhələsində bu cür qurumlara həddindən artıq səlahiyyətlərin verilməsi sui-istifadə halları ilə nəticələnə bilər. Bundan əlavə, “MİDA” MMC-nin layihələri əsasında inşa edilmiş mənzillərin ümumi şəhərsalma planı ilə uzlaşması böyük əhəmiyyət daşıyır. Belə ki, “ikili planlama” şəhərin memarlıq planının pozulması ilə nəticələnə bilər".
Bundan başqa "Mənzil İnşaatı Dövlət Agentliyi" MMC-nin ("MİDA" MMC) davamlı fəaliyyət göstərməsi üçün premium məhəllələrdə yüksəkgəlirli mənzil-tikinti layihələrinin həyata keçirilməsinə də diqqət yetiriləcək. Belə ki, MMC boş torpaq sahələrini müəyyən edəcək və uyğun məhəllələrdə elit yaşayış komplekslərinə olan tələbatı qiymətləndirəcək. Bununla da "MİDA" MMC bazar qiymətinə olan layihələrdən əldə etdiyi gəlir payından ərazi üzrə orta bazar qiymətindən aşağı qiymətə olan mənzil təminatı layihələrini subsidiyalaşdıraraq, öz davamlı fəaliyyətini təmin edəcək.
İlkin Nəcəfzadə
AzVision.az