FES uçot dərəcəsini azalda bilər
C.Rikards qeyd edib ki, yeni seçilmiş prezident Donald Trampın iqtisadi canlandırma proqramı nəticəsiz qalacaq. “Bu isə FES-in siyasətini alt-üst edə bilər. Nəticədə bazarda, o cümlədən dolların məzənnəsində korreksiyanın vacibliyi zərurəti yaranacaq. Ya ressesiyaya doğru getməlisiniz, ya da siyasətinizi tənzimləməlisiniz”, - deyə ekspert izah edib.
Qeyd edək ki, dekabrın 14-də ikigünlük iclasın ardından FES-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb.
Bunun ardınca FOMC bəyan edib ki, 2017-ci ildə uçot dərəcəsi üç dəfə artırıla bilər. Sentyabr ayında isə bildirilirdi ki, gələn il uçot dərəcəsi iki dəfə artırılacaq. (Apa)
AzVision.az
Teqlər: