`Neft Daşları`nda yeni quyu qazılır

`Neft Daşları`nda yeni quyu qazılır
  27 Dekabr 2016    Oxunub:1424
“Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2647 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1310 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti