Abşerona qaz verilməsi bərpa olunub

Abşerona qaz verilməsi bərpa olunub
  27 Dekabr 2016    Oxunub:1241
SOCAR, Fövqəladə Hallar Nazirliyi və `Azərenerji` mütəxəsislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti