Texnologiyalar Parkında daha bir şirkət işləyəcək
“CRM GROUP” MMC şirkətinin məqsədi Azərbaycan və regional informasiya texnologiyaları bazarının tələblərinə əsasən, yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin informasiya texnologiyaları innovasiyalarının “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir.
Şirkətin təqdim etdiyi “CRM IT INNOVATION PRODUCTS” layihəsinin Pirallahı adasında, Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub. Bu ərazidə laboratoriyaların, anbarın, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır.
Yüksək Texnologiyalar Parkının sayca ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilədək Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribüteri olması, həmçinin informasiya texnologiyaları proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı yerli informasiya texnologiyaları şirkətləri ilə yanaşı, innovativ startap layihələrə daimi olaraq dəstək verir.
AzVision.az
Teqlər: