Sığorta agenti fəaliyyətinə lisenziyalar verilib

Sığorta agenti fəaliyyətinə lisenziyalar verilib
  30 Dekabr 2016    Oxunub:1706
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən, “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.
Palatanın mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Direktorlar Şurasının qərarı ilə, həmçinin Xəqani Sabir oğlu Hüseynova, Emil Sabir oğlu Azayevə, Nemət Elçin oğlu Mirzəyevə, Vüqar Maqsud oğlu Nəbiyevə, Fuad Elman oğlu Nağdəliyevə və Şəhriyar Abduləhəd oğlu Tağızadəyə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Sözügedən lisenziyalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti