Bu banklar bayramda işləyəcək
Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.
O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:
Koordinator: Rövşən Məmmədli; Tel: 493-50-58 (dax: 300);
Email: [email protected]
31 dekabr – 4 yanvar tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış olmaq olar.
AzVision.az
Teqlər: