`Azerspace 2`-nin buraxılış vaxtı bilindi

`Azerspace 2`-nin buraxılış vaxtı bilindi
  03 Yanvar 2017    Oxunub:2205
Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.
AzVision.az xəbər verir ki, bu barədə trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib.

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti