Nazir üç departamentə rəhbər təyin edib
Bundan başqa, Vergi ödəyicilərinə xidmət Baş idarəsi Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə Ərazi vergi orqanları ilə iş Departamenti, Beynəlxalq əməkdaşlıq və maliyyə təşkilatlarında vergi monitorinqi Baş idarəsi eyniadlı departament olaraq adlandırılıb.
Nazirliyin yeni departamentlərinə təyinatlar olub. Belə ki, Vergilər naziri Fazil Məmmədovun əmri ilə Habil Məmmədovu Xüsusi Gəlirlər Departamentinin baş direktoru, Ağasəməd Əfəndiyevi Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru, Sərxan Məmmədovu isə Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru təyin edib.
AzVision.az