Ev almaq istəyənlərə şad xəbər – Qiymətlər düşəcək
“Alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır. Manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq.
Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”.
Anar Kəlbiyev
AzVision.az