Bakıda 2 tondan çox yararsız ət aşkar edilib

Bakıda 2 tondan çox yararsız ət aşkar edilib
  11 Yanvar 2017    Oxunub:1723
Bakıda mənşəyi və sağlamlığına dair sənədi olmayan ət aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.

AzVision.az




Teqlər:  





Xəbər lenti