BP rəhbəri şərt qoydu: `Hasilatı azaltmağa hazırıq`

BP rəhbəri şərt qoydu: `Hasilatı azaltmağa hazırıq`
  26 Yanvar 2017    Oxunub:1819
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması təşəbbüsünə qoşulan ölkələr tələb etsələr BP həmin ölkələrdə istehsalı azaltmağa hazırdır.
AzVision.az “bloomberg.com”a istinadla xəbər verir ki, bunu BP-in baş icraçı direktoru Robert Dadli bildirib.

“Şirkət bu məsələni təkbaşına həll etmir. Bu, BP-nin neft hasilatı ilə məşğul olduğu ölkələrin tənzimləyici qurumlarının səlahiyyətinə daxildir. Biz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstəririk və faktiki olaraq hasilatı aşağı salmırıq. Azərbaycan hasilatı azaldacağını bəyan edib. Biz şirkət olaraq bu cür qərarlar qəbul etmirik. Bu, tənzimləyici qurumların - həmin ölkənin işidir”.

Qeyd edək ki, ötən ilin noyabr ayının 30-da Avstriyanın paytaxtı Vyanada OPEC üzvləri və kartelə daxil olmayan bəzi ölkələr sutkalıq hasilatın 1,2 mln. barel azaldılmasına dair razılaşma əldə edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti