Prezident hərbçiləri mükafatlandırdı - SİYAHI

Prezident hərbçiləri mükafatlandırdı - SİYAHI
  09 Fevral 2017    Oxunub:2497
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sənədə əsasən, Xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Salmanov Səxavət İbrahim oğlu – general-mayor
Əsgərli Yunis Sabir oğlu – polkovnik
Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik
Tağıyev Eldar İsgəndər oğlu – polkovnik
Ədilov Rövşən Həsən oğlu – polkovnik-leytenant
Məmmədov İlham Aydın oğlu – polkovnik-leytenant
Məmmədov Kənan Eldar oğlu – polkovnik-leytenant
Rüstəmov Xanlar Kamran oğlu – polkovnik-leytenant
Heybətov Nizami Mikayıl oğlu – mayor
Məmmədov Fərman Sabir oğlu – mayor
Heydərov Lətif Hüseyn oğlu – kapitan.

AzVision.az


Teqlər:  





Xəbər lenti