Nazirlikdə Novruz bayramı keçirilib
Nazir diqqətə çatdırıb ki, cari ilin ötən dövründə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi işləri uğurla davam etdirilib.
S.Müslümov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamları ilə bu ilin yanvar ayında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində pensiyaçıların 94 faizinin (1 milyon 240 min nəfərin) pensiyasında artımlar edilib. Minimum əmək haqqının 116 manata çatdırılması ilə 146 min nəfər işləyən şəxsin əmək haqqı artırılıb, bununla sosial sığorta daxilolmalarının da təqribən 10 milyon manatdan çox artmasına imkan yaranıb.
Novruz bayramının milli ruhla ümumbəşəri dəyərləri eyni dərəcədə özündə təcəssüm etdirən bir bayram olduğunu vurğulayan S.Müslümov nazirliyin kollektivini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Bayram tədbiri incəsənət ustalarının ifasında konsert proqramı, həmçinin nazirlik əməkdaşlarının uşaqlarının şer, mahnı, rəqs və s. növlərdə ifaları ilə davam edib.
AzVision.az
Teqlər: