Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
İclasda IAP-ın Konstitusiyası və fəaliyyətini tənzimləyən digər normativ sənədlərə əlavə və dəyişikliklər, Assosiyasiyanın digər beynəlxalq və regional qurumlarla qarşılıqlı münasibətləri, dünya prokurorları arasında qarşılıqlı münasibətlərin səmərəliyinin artırılması məsələləri, habelə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.
Tədbirdə K.Əliyev çıxış edərək, Azərbaycan Prokurorluğu ilə IAP arasında əməkdaşlığın vacibliyini vurğulayıb, bu sahədə qarşıda duran vəzifələr və gələcək əməkdaşlığın səmərəliyinin artırılması istiqamətində görüləcək işlər, habelə qurumun fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflər verib.
Müzakirələr zamanı IAP-ın rəsmiləri Azərbaycanın bu qurumla əməkdaşlığını təqdir edərək qurumun internet səhifəsinin rus versiyasının və Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorların Şəbəkəsinin (NACP) alt domeninin fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanmasını xüsusi qiymətləndiriblər.
Azərbaycan Prokurorluğunun verdiyi töhfələrin məntiqi nəticəsi olaraq Assosiyasiyanın İcraiyyə Komitəsinin növbəti iclasının 2018-ci il aprelin 5-6-da Bakı şəhərində keçirilməsi barədə qərarı yekdilliklə qəbul edilib.
Tədbir zamanı bır sıra təşkilati məsələlərə baxılmış, Şimali Amerika və Sakit okean üzrə yeni vitse-prezident vəzifələrinə namizədlər irəli sürülüb, Azərbaycan Prokurorluğunun Assosiasiya çərçivəsində fəaliyyəti xüsusi qeyd olunmuş, IAP-ın 22-ci İllik Konfrans və Ümumi Yığıncağın cari il sentyabrın 9-15-də Pekin şəhərində keçirilməsi qərara alınıb.
Tədbir iştirakçıları Cənubi Koreya Respublikasının Baş prokuroru Kim Su Nam, habelə həmin ölkənin sabiq Baş prokuroru və IAP-ın vitse-prezidenti Cun Qyu Kim tərəfindən qəbul olunaraq faydalı fikir mübadiləsi aparıblar.
AzVision.az
Teqlər: BaşProkurorluq IAP