General Şəfiyev ehtiyata buraxıldı - Prezidentdən sərəncam

General Şəfiyev ehtiyata buraxıldı - Prezidentdən sərəncam
  11 İyul 2017    Oxunub:9409
Prezident İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Eyni zamanda prezidentin sərəncamına əsasən dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Əli oğlu Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Akif Əli oğlu Şəfiyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Miqrasiya və Sərhəd Nəzarəti İdarəsinin rəisi olub.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   General  





Xəbər lenti