“Regionlarda hamilə qadınlar həkimə getmirlər” - Baş həkim
Hicran Kazımova qeyd edib ki, Azərbaycanda 3 ay ərzində 393 normal, 53 vaxtından əvvəl doğuş olub. Doğuşlardan isə 240-ı qeysəriyyə yolu ilə olub.
“Keysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir. Vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur. Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır”.
Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, bu müddət ərzində 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb. Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. "Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada keysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur. "Ancaq institut olaraq, biz fizioloji doğuşa üstünlük veririk. Tibbi göstərişlər olduqda hamiləni əməliyyata götürməyə məcbur oluruq - xəstədə yüksək təzyiq olduqda, preklamsiya olduqda. Lakin qadının istəyi əməliyyata göstəriş deyil".
Aytən Zəhra
AzVision.az
Teqlər: xəstəxana