“Hepatit B-nin yayılması azalıb” - Komissiya sədri

“Hepatit B-nin yayılması azalıb” - Komissiya sədri
  28 İyul 2017    Oxunub:1754
"Azərbaycanda qan köçürmə zamanı 300 min təmannasız qan verənlərin müayinəsi zamanı virusların yayılma səviyyəsi B hepatiti üzrə 2 faiz, C hepatiti isə 1,95 faiz təşkil edib".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hepatitlə xəstələnmə göstəricisi daha aşağıdır: "B hepatitinin yayılması azalıb. C hepatiti isə stabil qalıb. Hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir".

M.Məmmədov qeyd edib ki, B hepatiti adətən cinsi yolla və stomatologiyada istifadə olunan preparatlarının təkrar istifadə olunmasından, C hepatiti isə cinsi yolla praktiki olaraq keçmir. Daha çox qan köçürmə və təkrar istifadə olunan preparatlar vasitəsi ilə keçir: "B hepatiti nəzarət olunandır, C hepatitinə nəzarət çətin olur. Hepatitin müalicəsi var, ancaq zəmanət verilmir. Kəskin B hepatitinin ölüm faizi 1, C hepatitinin ölüm faizi B-yə nisbətən 100 min dəfə aşağıdır. C hepatitinin fəsadları daha çox olur və hər il dünyada 500 min insan ölür".

Aytən Zəhra
AzVision.az




Teqlər: hepatit   xətəlik   Səhiyyə-Nazirliyi  





Xəbər lenti