Ali Hərbi Məktəbə kursant qəbulu elan edilib

Ali Hərbi Məktəbə kursant qəbulu elan edilib
  28 İyul 2017    Oxunub:1474
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, müsabiqədə III ixtisas qrupu üzrə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş 250 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 29-u və avqustun 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç., 4) müraciət etməlidirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Daxili-Qoşun  





Xəbər lenti