Prezident həmkarlarını təbrik edib

Prezident həmkarlarını təbrik edib
  31 İyul 2017    Oxunub:1439
Azərbaycan prezidenti İlham Əliyev Ram Nat Kovindi Hindistan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti xanım Doris Loythardı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti