"Bakı Avtomobil" zavodunda yanğın olub

"Bakı Avtomobil" zavodunda yanğın olub
  01 Avqust 2017    Oxunub:1105
"Bakı Avtomobil" zavodunda yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda "Bakı Avtomobil" zavodunun ərazisində 1000 kv.m sahədə qamışlıq və 50 ədəd istismara yararsız avtomobil şinləri yanıb.

Yaxınlıqdakı tikililər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti