Ötən gün 99 cinayət faktı qeydə alınıb

Ötən gün 99 cinayət faktı qeydə alınıb
  04 Avqust 2017    Oxunub:1398
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

AzVision.az



Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti