Həccə gedənlər vergi verəcəklər - Adambaşı 535 dollar

Həccə gedənlər vergi verəcəklər - Adambaşı 535 dollar
  05 Avqust 2017    Oxunub:15731
Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.
AzVision.az vergiler.az saytına istinadən xəbər verir ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər.

“Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib.

“Təəssüf ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək”, - deyə şirkətdən bildirilib.

AzVision.az


Teqlər: Həcc   Ziyarət   Vergi  





Xəbər lenti