Boksçularımız Minskdə 5 medal qazandılar

Boksçularımız Minskdə 5 medal qazandılar
  07 Avqust 2017    Oxunub:1279
Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a verilən məlumata görə, turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Rüstəm Umudov (56 kq) yarışı 3-cü pillədə başa vurub.

Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.

AzVision.az


Teqlər: Boks  





Xəbər lenti