Kürdə batan şəxs xilas edilib

Kürdə batan şəxs xilas edilib
  07 Avqust 2017    Oxunub:1327
Kürdə çimərkən batan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:20-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti