Prezident Gədəbəy limonad zavodunun açılışında - FOTOLAR

Prezident Gədəbəy limonad zavodunun açılışında -
 FOTOLAR
  20 Avqust 2017    Oxunub:3181
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib.
Dövlətimizin başçısı müəssisə ilə tanış olub. Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edilib ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə salıb.







AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Gədəbəy  





Xəbər lenti