“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün iş olmayacaq

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün iş olmayacaq
  30 Avqust 2017    Oxunub:1265
Qurban bayramı ilə əlaqədar 1, 2, 3 sentyabr tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə AzVision.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, 4 sentyabrdan vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

AzVision.az


Teqlər: ASAN-Xidmət   ASAN-Kommunal  





Xəbər lenti