Sürücülərə “Bilik günü” ilə bağlı ciddi xəbərdarlıq

Sürücülərə “Bilik günü” ilə bağlı ciddi xəbərdarlıq
  14 Sentyabr 2017    Oxunub:2176
Sentyabrın 15-də dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Bunu AzVision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, sabah yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində işləyəcək:

"Xüsusilə paytaxt Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq və sürücülər inzibati məsuliyyətə cəlb olunacaq. Ona görə də sürücülərdən xahiş edirik ki, sentyabrın 15-də səhər saatlarında məktəbyanı ərazilərdə avtomobillərini hərəkətə maneçilik törədən yerlərdə saxlamasınlar və bilsinlər ki, bu cür qayda pozuntularına yol verdikləri halda onların nəqliyyat vasitələri evakuasiya olunacaq".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Kamran-Əliyev   DYP  





Xəbər lenti