Gömrük Komitəsi mətbuata çağırış etdi
Qeyd edək ki, DGK-yə ünvanlanan sual da qida əlavələri altında ölkəyə dərman preparatlarının gətirilməsinə dair idi: "Hazırda bütün dünyanı narahat edən ən vacib məsələlərdən biri, psixotrop maddələrin qaçaqmalçılığı barədə araşdırma aparan, məlumat hazırlayan jurnalist və ya ekspertin ilk növbədə gömrük orqanlarına müraciət edəcəyi şübhəsizdir. Çünki söhbət "qaçaqmal"dan gedir ki, bu sahə ilə gömrük orqanlarının da məşğul olduğu hər kəsə bəllidir. Lakin adıçəkilən məqalədə gömrük orqanlarının rəsmi mövqeyinə yer verilməməsi başa düşülən deyil. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, gömrük orqanları mütəmadi olaraq psixotrop maddələrin qaçaqmalçılığına qarşı həyata keçirilən tədbirlər, aşkar edilən psixotrop maddələr barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır. Çünki DGK-nin internet saytında təkcə son aylarda yayımlanan məlumatlara nəzər yetirmək bu sahədə görülən işlərə dair məlumatlanmaq üçün kifayət idi. Güclü təsiredici və psixtotrop maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində görülən işlərə gəlincə isə bu barədə rəqəmlər əslində hər şeyi deyir. Belə ki, sadəcə 2017-ci ilin ötən dövrü ərzində 125 fakt üzrə müxtəlif adda 3 flakon, 1869 həb, 10 qutu, 4,5 kiloqram və 79 konvalyut güclü təsiredici və psixotrop maddələr, 3,5 kiloqrama yaxın isə psixotrop maddələrin prekursorları aşkar edilərək ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb".
DGK bir daha media qurumları və nümayəndələrini komitənin fəaliyyəti ilə bağlı məlumatlar hazırlayarkən diqqətli olmağa, rəsmi mövqe öyrənməklə məsələyə obyektiv yanaşmağa çağırır.
AzVision.az