Bakıdan Avropaya gedən 200 qaçaq İstanbulda saxlanılıb - VİDEO

Bakıdan Avropaya gedən 200 qaçaq İstanbulda saxlanılıb - VİDEO
  27 Sentyabr 2017    Oxunub:3767
Türkiyənin Çorum şəhərində keçirilən əməliyyat zamanı Avropaya qaçaq şəkildə getməyə çalışan 200 nəfər saxlanılıb. Onların azərbaycanlı və əfqan qaçaqlar olduğu müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb.

Məlumata görə, polis şübhəli TIR-ı saxlamağa çalışıb. Lakin sürücü polisin “saxla” əmrinə tabe olmayıb. TIR-ın polislər tərəfindən təqib olunduğunu görən sürücü nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq qaçıb.

TIR-da olan qaçaqların bir hissəsi də ərazidən uzaqlaşmağı bacarıblar.

Saxlanılan şəxslər bildiriblər ki, Bakıdan Avropaya qaçaq şəkildə daşınmaları üçün adambaşı 1000 dollar pul ödəyiblər.

Hazırda polis TIR-ın sürücüsünü və digər qaçaqları axtarır.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   İstanbul   Qaçaq  





Xəbər lenti