BMT-nin baş katibi: “Əliyev-Sarkisyan görüşü vacibdir”

BMT-nin baş katibi: “Əliyev-Sarkisyan görüşü vacibdir”
  27 Sentyabr 2017    Oxunub:3460
BMT-nin baş katibi Antoniu Quttereş sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyanın Nyu-Yorkda keçirdikləri görüşü alqışlayır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu BMT-in baş katibinin sözçüsü Stefan Dyujarrik bildirib.

“Antoniu Quttereş Nyu-Yorkda baş tutan görüşü alqışlayır. O, gərginliyin azaldılması və danışıqlar prosesinin bərpasına yönələn səyləri dəstəkləyir. BMT-in baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşünün tərəflər arasında etimadın artmasına və əsas məsələlərlə bağlı kompromis yollarının tapılmasında siyasi iradənin stimullaşdırılmasına yardım edəcəyinə ümid edir”, - deyə Stefan Dyujarrik vurğulayıb.

Onun sözlərinə görə, Antoniu Quttereş prezidentlərin görüşünü vacib hesab edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti