Azər Tağıyevin istefası təsdiqləndi

Azər Tağıyevin istefası təsdiqləndi
  28 Sentyabr 2017    Oxunub:3822
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyevin istefası təsdiqlənib.
AzVision.az-ın məlumatına görə, A.Tağıyev səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən uzaqlaşmaq qərarına gəlib.

Tanınmış vəkil Adəm Məmmədov məlumatı saytımıza təsdiqləyib: "Azər müəllim səhhətində problem yarandığına görə, vəzifəsini icra edə bilməyəcək"

Rəyasət Heyətinin ötən gün keçirilən iclasında A.Tağıyevin istefası qəbul olunub və o, vəzifəsindən azad edilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrinin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Azər-Qasımov  





Xəbər lenti