Ermənistanda silah anbarında partlayış olub

Ermənistanda silah anbarında partlayış olub
  28 Sentyabr 2017    Oxunub:7875
Nubaraşendə yerləşən hərbi hissənin silah anbarında partlayış baş verib.
AzVision.az "Jogovurd" qəzetinə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. Partlayış nəticəsində həlak olan və zərər çəkənlər yoxdur.

Nə üçün və hansı sistemdə partlayış baş verib, doğrudanmı bilərəkdən baş verib? Bu barədə açıqlama verilməsi üçün Ermənistan müdafiə nazirliyinə müraciət edilib. Cavabında isə nazirliyin mətbuat katibi Arçrun Ovannisyan yanğının baş verdiyini təsdiqləyib: “Heç bir hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Ayrıntıları araşdırılır, xidməti araşdırma aparılır”.

AzVision.az


Teqlər: Ermənistan   Parlayış  





Xəbər lenti