“Qarabağ gec-tez işğaldan azad ediləcək” - Türkiyənin müdafiə naziri

“Qarabağ gec-tez işğaldan azad ediləcək” - Türkiyənin müdafiə naziri
  28 Sentyabr 2017    Oxunub:2805
"Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu ərazilər işğaldan azad edilməlidir". AzVision.az "Report"a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurettin Canikli deyib.
"Tez və ya gec bu torpaqlar azad ediləcək", - o bildirib.

"Azərbaycanla hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir. Biz vahid qüvvə kimi hərəkət edirik. Azərbaycanın gücünü Türkiyə gücüdür və əksinə, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz xaricdən silah alınmasında problemlərlə qarşılaşırıq. Odur ki, öz silahlarımızı istehsal etməyə başlamaq üçün hərbi sənayedə səylərimizi artırmalıyıq", - Türkiyənin milli müdafiə naziri vurğulayıb.

Azərbaycan və Türkiyə arasında hərbi təlimlərin davam etdiriləcəyini və digər növ qoşunların da əhatə edəcəyini deyən Nurəddin Canikli bildirib ki, bu təlimlərdə geniş spektrli silahlardan istifadə olunacaq. Eyni zamanda, nazir iki ölkənin hərbi strukturlarının əməkdaşlığının gücləndirməsinin vacibliyini vurğulayıb.

AzVision.az


Teqlər: Türkiyə   Dağlıq-Qarabağ  





Xəbər lenti