70 xəstəxanaya publik hüquqi şəxs statusu veriləcək

70 xəstəxanaya publik hüquqi şəxs statusu veriləcək
  28 Sentyabr 2017    Oxunub:3792
"Azərbaycanda publik hüquqi şəxs statusu ilk olaraq 70 müəssisəyə tətbiq ediləcək"

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O qeyd edib ki, bu statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb: “Sonradan bu siyahıya daxil olacaq xəstəxanaların sayı artacaq. Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması mərhələli şəkildə həyata keçiriləcək. Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onların da sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs statusu olmalı və xüsusi hesabları açılmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Xəstəxana   Səhiyyə-Nazirliyi  





Xəbər lenti