Ziya Məmmədovun bacısı işdən çıxarıldı

Ziya Məmmədovun bacısı işdən çıxarıldı
  28 Sentyabr 2017    Oxunub:2418
Bakıda yerləşən 66 saylı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.
AzVision.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, M. Məmmədova işdən öz ərizəsi ilə çıxarılıb. Bildirilib ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən liseydə araşdırma aparılıb.

Qeyd edək ki, Məhbubə Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti