Buxarestdə erməni təxribatının qarşısı alınıb
Daha sonra dünyada sülhün və ədalətin bərqərar olması naminə Ombudsman İnstitutlarını həmrəyliyə və əməkdaşlığa çağırıb, bununla bağlı bir sıra təkliflər səsləndirib:
“Tədbirdə Avropa Ombudsmanlar İnstitutunun fərdi üzvü, Ermənistan vətəndaşı olan Ruben Məlikyanın qondarma “Dağlıq Qarabağ Respublikası Ombudsmanı” kimi məruzə ilə çıxış etməsinin Azərbaycan Ombudsmanın əsaslandırılmış, təkidli etirazları nəticəsində qarşısı alınıb.
Əvvəllər də Avropa Ombudsman İnstitutuna işğal olunmuş Dağlıq Qarabağ ərazisində hökm sürən separatist rejimə dəstək verilməsi ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən etirazlar edilib. Bu etirazlar nəticəsində sözü gedən quruma institusional üzv kimi daxil edilmiş “Dağlıq Qarabağ Respublikası” “Ombudsmanı” həmin üzvlükdən çıxarılıb”.
Tədbirdə Azərbaycan Ombudsmanı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü iştirakçıların diqqətinə çatdırıb. Ombudsman eyni zamanda BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən məlum dörd qətnaməsini diqqətə çatdırıb və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını bildirib”.
AzVision.az
Teqlər: Ombudsman