XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü dəstəkləyir

XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü dəstəkləyir
  29 Sentyabr 2017    Oxunub:2210
"Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir".
AzVision.az xəbər verir
ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar deyib.

Onun sözlərinə görə, Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İraq   XİN  





Xəbər lenti