Bakıda 30-a yaxın məktəb direktoru işdən çıxarılıb

Bakıda 30-a yaxın məktəb direktoru işdən çıxarılıb
  06 Oktyabr 2017    Oxunub:1677
"Bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub".
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, həmin məktəblərin rəhbərləri yaş həddinə çatması ilə əlaqədar əmək müqavilələri ləğv olunub, yaxud da fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozublar.

M.Vəliyeva qeyd edib ki, onların işi yoxlanılaraq vəzifədən kənarlaşdırılır: "Bundan sonra da məktəblərin idarə olunması məsələsi İdarənin diqqət mərkəzində olacaq. Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: BŞTİ   məktəb  





Xəbər lenti