ABŞ Yəməni bombalayıb: 38 ölü

   ABŞ Yəməni bombalayıb:    38 ölü
  18 Aprel 2025    Oxunub:776
ABŞ Hərbi Hava Qüvvələri Yəməndə iranyönümlü "Husi" qruplaşmasına məxsus ərazilərə gecə saatlarında aviazərbələr endirib.
Husilərin nəzarətindəki "Al-Masirah" telekanalının yaydığı məlumata görə, hücum əsasən Ras-İsa şəhərindəki yanacaq limanına tuşlanıb. Nəticədə 38 nəfər dünyasını dəyişib, 102 nəfər isə xəsarət alıb.

"Bu, ABŞ-nin Yəməndə hücumlara başlamasından bəri ən ölümcül zərbədir", - telekanal vurğaulayır.

ABŞ Ordusu hücumun məqsədini "husilər üçün yanacaq mənbəyini kəsmək" kimi diqqətə çatdırıb.
ABŞ Yəməni növbəti dəfə bombalayıb

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Ümumilikdə, ABŞ qırıcıların Yəmənə aviazərbələri nəticəsində indiyədək 100-dən artıq insan həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Yəmən   münaqişə  





Xəbər lenti