Ramil Usubov vətəndaşları qəbul edəcək

Ramil Usubov vətəndaşları qəbul edəcək
  07 Oktyabr 2017    Oxunub:2537
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, görüş oktyabrın 28-də, saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində təşkil olunacaq.

Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: Ramil-Usubov  





Xəbər lenti