Mitinqə qatılan aktyorlar işdən qovulublar?

"Jurnalistləri heç nəyi bilmədən, heç nəyi dəqiqləşdirmədən haqqımda yalan məlumatlar yazdıqlarına görə qınayıram. Əvvəlcə zəng edib yoxlamaq, dəqiqləşdirmək lazım idi. Hazırda teatrda məşqdəyəm. Mən teatrla yaşayıram, burada işləyirəm. Məni hələ yeni tamaşalarda görəcəksiniz” - aktyor Ayşad Məmmədov deyib.
“Azdrama”nın digər aktyoru Abbas Qəhrəmanov: “Mən siyasətlə məşğul olmuram. Sənətimlə məşğulam. Mitinqə iştirakçı qismində qatılmamışam. Teatrdan işdən çıxarılmağım və çəkildiyim serialdan uzaqlaşmağımla bağlı yazılanlar doğru deyil. Teatrda işimə davam edirəm”.
Əməkdar artist İlqar Cahangir də haqqında yazılanları təkzib edib. Bildirib ki, serial çəkilişləri davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Aktyor