Ötən gün 103 cinayət faktı qeydə alınıb

Ötən gün 103 cinayət faktı qeydə alınıb
  13 Oktyabr 2017    Oxunub:931
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər tutulub.

AzVision.az



Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti