İlham Əliyev Sarkisyanla gələn həftə Cenevrədə görüşəcək

İlham Əliyev Sarkisyanla gələn həftə Cenevrədə görüşəcək
  13 Oktyabr 2017    Oxunub:2755
Gələn həftə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olacaq.
AzVision.az “lragir.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının iclası zamanı deputat Armen Aşotyan jurnalistlərə açıqlamasında bildirib.

“İclas zamanı biz həm də Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Cenevrədə baş tutacaq görüşünə toxunduq”, - deyə Aşotyan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti