Avropa Məhkəməsi hərbi xidmətə görə Ermənistanı cərimələdi

İddiaçılar AİHM-ə şikayət edərək, onlara qarşı çıxarılan məhkəmə hökmlərinin qanuna zidd olduğunu və həmin məhkəmələrin stereotipik arqumentlərə əsaslandığını bildirib. Belə ki, 2011-ci ilin may ayında hərbi xidmətə çağırılan etirazçılar Ermənistan ordusunda xidmət etməkdən imtina ediblər. Ermənistan silahlı qüvvələrinin yerli strukturlarına və ərazi prokurorluğuna hərbi xidmətdən və digər alternativ xidmətdən imtina etdikləri barədə məktublar göndəriblər. İddiaçılar "Yehova Şahidiləri" dini cərəyanın üzvləri olduqlarını bildiriblər. Onlar ordudan yayındıqlarını görə həbs ediliblər.
2012-ci ildə Apellyasiya Məhkəməsi onların şikayətlərini qəbul etməyib. Həbsxanada 26-27 ay qaldıqdan sonra 2013-ci ildə əfv ediliblər.
Bəhlul Rzayev
AzVision.az
Teqlər: Avropa-Məhkəməsi Ermənistan