Xocalı qatili Qarabağdan sürgün ediləcək

Xocalı qatili Qarabağdan sürgün ediləcək
  13 Oktyabr 2017    Oxunub:4084
Xocalı sakinlərini qətlə yetirən cinayətkar Vitali Balasanyan Qarabağda yaşayan ermənilər arasında arzuolunmaz şəxsə çevrilib.
AzVision.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda yaradılan qondarma qurumun təhlükəsizlik şurasının "rəhbəri" hesab edilən Vitali Balasanyanla Bako Saakyan arasında münasibətlər kəskin pisləşib.

Xatırladaq ki, Balasanyan qondarma qurumda keçirilən qanunsuz seçkilər zamanı Bako Saakyanın əsas rəqibi olub. Ermənilər Balasanyana həbsdə olan “Sasna Tsrer” siyasi məhbuslarını aldatdığına görə nifrət edirlər. Onun nəinki qondarma qurumun "idarəçiliyindən" uzaqlaşdırılacağı, hətta Qarabağdan sürgün ediləcəyi bildirilir.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Xocalı   Qarabağ   Ermənistan  





Xəbər lenti