Prokurorluq əməkdaşları Ukraynada olub - Fotolar

Prokurorluq əməkdaşları Ukraynada olub - Fotolar
  13 Oktyabr 2017    Oxunub:3068
Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Ukrayna prokurorluqları arasında cinayət işləri üzrə hüquqi yardım sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Kiyev şəhərində səfərdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Ukrayna baş prokurorunun müavini Yevgeniy Yeninlə görüşüb. Y. Yenin ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq mühafizə orqanları ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.



E. Əlixanov Ukraynanın baş prokuroru Yuriy Lutsenkonun bu ilin fevralında ölkəmizə səfərinin qarşılıqlı işgüzar münasibətlərin inkişafına yeni təkan verdiyini xüsusi vurğulayıb. Görüş zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.



Səfər çərçivəsində Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğunda görüşlər keçirilməklə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti