Bolqarıstan lideri Fəxri və Şəhidlər xiyabanında - Fotolar

Bolqarıstan lideri Fəxri və Şəhidlər xiyabanında - Fotolar
  13 Oktyabr 2017    Oxunub:3586
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
AzVision.az xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.



Sonra Prezident Rumen Radev və xanımı Desislava Radeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.



Prezident Rumen Radev və xanımı Desislava Radeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər. Bolqarıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.



Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.








AzVision.az


Teqlər: Bolqarıstan   Rumen-Radev  





Xəbər lenti